...

Azərbaycanda meteohəssas insanlara xəbərdarlıq edildi

Cəmiyyət Materials 5 Aprel 2012 11:37 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyi meteohəssas insanlara xəbərdarlıq edir.
Azərbaycanda meteohəssas insanlara xəbərdarlıq edildi

Azərbaycan, Bakı, 5 aprel / Trend müxbir İ.İsabalayeva/

Ekologiya və Təbii Sərvətlər Nazirliyi meteohəssas insanlara xəbərdarlıq edir.

Nazirliyin mətbuat xidmətindən cümə axşamı Trend-ə verilən məlumata görə, aprelin 6-dan 8-dək Abşeron yarımadasında mülayim temperatur şəraiti meteohəssas insanlar üçün əlverişli olacaq. Amma aprelin 6 və 7-də atmosfer təzyiqinin xeyli enməsi fonunda gündüz arabir güclənən gilavar küləyi bəzi meteohəssas insanlarda diskomfort hissi yarada bilər.

Aprelin 6-da Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, yağmursuz, səhər və axşam yarımadanın bəzi yerlərində duman olacaq. Mülayim cənub küləyi əsəcək, gündüz arabir güclənəcək.

Havanın temperaturunun gecə 5-8, gündüz 16-21 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında aprelin 6-da havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Cənub küləyi əsəcək.

Havanın temperaturu gecə 4-8, gündüz 18-23, dağlarda gecə 1-6, gündüz 12-17 dərəcə isti olacaq.

Xəbər lenti

Xəbər lenti