...

Azərbaycanda ilk dəfə iki orqanın eyni vaxtda transplantasiyası həyata keçirilib

Cəmiyyət Materials 9 Aprel 2012 16:07 (UTC +04:00)
Azərbaycanda ilk dəfə olaraq, qaraciyər və böyrəyin transplantasiyası eyni anda həyata keçirilib.
Azərbaycanda ilk dəfə iki orqanın eyni vaxtda transplantasiyası həyata keçirilib

Azərbaycan, Bakı, 9 aprel /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanda ilk dəfə olaraq, qaraciyər və böyrəyin transplantasiyası eyni anda həyata keçirilib. Bunu Trend-ə Azərbaycan Səhiyyə Nazirliyinin Mərkəzi Neftçilər Xəstəxanasının baş həkimi Həbib Yüzbaşıyev deyib.

Onun sözlərinə görə, hər iki orqanın transplantasiyası bir əməliyyatla yerinə yetirilib. Cərrah-həkim Mircəlal Kazımi, Eldar Əhmədov, Elnur Fərəcovun iştirakı ilə keçirilən əməliyyat 24 saat davam edib.

Əməliyyat 40 yaşlı şəxs üzərində aparılıb. Həmin şəxsin qaraciyərində serroz və böyrəyində nevropatiya olub. Xəstənin əvvəlcə qaraciyəri, daha sonra isə böyrəyi tranplantasiya edilib.

Hazırda xəstənin vəziyyəti yaxşıdır.

Xəbər lenti

Xəbər lenti