...

Növbəti tədris ilində xaricdə təhsil almaq istəyən azərbaycanlılar üçün prioritet istiqamətlər açıqlanıb

Cəmiyyət Materials 10 Aprel 2012 10:17 (UTC +04:00)
Azərbaycan Təhsil Nazirliyi 2012-2013-cü tədris ili üçün "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində təhsil almaq məqsədilə prioritet istiqamətləri açıqlayıb.
Növbəti tədris ilində xaricdə təhsil almaq istəyən azərbaycanlılar üçün prioritet istiqamətlər açıqlanıb

Azərbaycan, Bakı, 10 aprel / Trend müxbir İ.İsabalayeva/

Azərbaycan Təhsil Nazirliyi 2012-2013-cü tədris ili üçün "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində təhsil almaq məqsədilə prioritet istiqamətləri açıqlayıb.

Təhsil Nazirliyindən çərşənbə axşamı Trend-ə verilən məlumata görə, növbəti tədris ili üçün 12 prioritet istiqamət qəbul edilib. Həmin istiqamətlər biologiya, fizika, informasiya texnologiyaları, kənd təsərrüfatı, kimya, qədim dillər, mühəndislik, nanotexnologiya, neft sənayesi, riyaziyyat, tibb və turizmdir.

Bu istiqamətlər Azərbaycanın kadrlara olan tələbatını nəzərə almaqla müəyyənləşdirilib

Xəbər lenti

Xəbər lenti