...

Bəxtiyar Sadıqov: Azərbaycan cəmiyyəti "Diffamasiya haqqında" qanunun qəbuluna indi daha çox hazırdır

Cəmiyyət Materials 10 Aprel 2012 16:45 (UTC +04:00)
Mətbuat Şurasının İdarə Heyətinin üzvü hesab edir ki, Azərbaycan cəmiyyəti "Diffamasiya haqqında" qanunun qəbul olunmasına 5-10 il bundan əvvəlki dövrə nisbətən indi daha çox hazırdır.
Bəxtiyar Sadıqov: Azərbaycan cəmiyyəti "Diffamasiya haqqında" qanunun qəbuluna indi daha çox hazırdır

Azərbaycan, Bakı, 10 aprel /Trend, müxbir E.Mehdiyev/

Mətbuat Şurasının İdarə Heyətinin üzvü hesab edir ki, Azərbaycan cəmiyyəti "Diffamasiya haqqında" qanunun qəbul olunmasına 5-10 il bundan əvvəlki dövrə nisbətən indi daha çox hazırdır.

"Yəni Mətbuat Şurasının rekert jurnalistikaya qarşı başladığı mübarizə artıq öz effektini verməkdədir. Həmin qəzetlərin bir çoxu sıradan çıxıb, bir çoxu artıq cəmiyyət tərəfindən qınaq hədəflərinə çevrildiklərini görüb bu yoldan tədricən çəkinirlər", - bunu çərşənbə axşamı Trend-ə açıqlamasında Mətbuat Şurasının İdarə Heyətinin üzvü, "Azərbaycan" qəzetinin baş redaktoru, deputat Bəxtiyar Sadıqov deyib.

Lakin həmin qəzetlərin tam sıradan çıxmadığını deyən Sadıqov qeyd edib ki, bu mühit artıq yaranıb və bu mühitin formalaşması başa çatmaq üzrədir.

"Diffamasiya haqqında" qanunla bağlı ATƏT və Mətbuat Şurası birgə müzakirələr apardı. Yeni layihə hazırdır. Biz hesab edirik ki, ilin axırına həm mövcud şərait ona yetişib gəlir, həm də ona qədər bu lahiyələrə bir də baxılar və Milli Məclisin müzakirəsinə çıxarıla bilər", - Sadıqov bildirib.

Onun sözlərinə görə, aparılan işlərin nəticələrini, eləcə də Azərbaycan cəmiyyətində indi formalaşmış və tək ziyalıların və jurnalistlərin deyil, bütün Azərbaycan cəmiyyətinin rekert qəzetlərə qarşı aparığı mübarizəni təhlil etdikdən sonra belə hesab etmək olar ki, artıq "Diffamasiya haqqında" qanunu ilin sonuna müzakirəyə çıxarıb qəbul etmək mümkündür.

Xəbər lenti

Xəbər lenti