...

Azərbaycanda pensiyaçılara plastik kartların verilməsində yenilik

Cəmiyyət Materials 13 Aprel 2012 11:03 (UTC +04:00)
Pensiyaların plastik kartlar vasitəsilə ödənilməsi sisteminin təkmilləşdirilməsi, o cümlədən xidmətin keyfiyyətinin yaxşılaşdırılması və bu sahədə şəffaflığın daha da artırılması məqsədilə Dövlət Sosial Müdafiə Fondu ölkənin bütün ödəniş təşkilatları arasında açıq tender keçirib.
Azərbaycanda pensiyaçılara plastik kartların verilməsində yenilik

Azərbaycan, Bakı, 13 aprel /Trend, müxbir A.Axundov/

Pensiyaların plastik kartlar vasitəsilə ödənilməsi sisteminin təkmilləşdirilməsi, o cümlədən xidmətin keyfiyyətinin yaxşılaşdırılması və bu sahədə şəffaflığın daha da artırılması məqsədilə Dövlət Sosial Müdafiə Fondu ölkənin bütün ödəniş təşkilatları arasında açıq tender keçirib. Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr sektorunun müdiri Elman Babayev Trend-ə bildirib ki, tender proseduru Maliyyə, İqtisadi İnkişaf nazirlikləri, Satınalmalar üzrə Dövlət Agentliyinin nümayəndələrinin iştirakı ilə 69 lot üzrə keçirilib.

Tenderdə iştirak edən ödəniş təşkilatları qarşısında bir sıra yeni tələblər qoyulub. Belə ki, artıq plastik kartların pensiyaçılara çatdırılmasını Dövlət Sosial Müdafiə Fondunun şöbələri yerinə yetirməyəcək, həmin proses bilavasitə tenderdə qalib gəlmiş bankın filialı tərəfindən icra olunacaq.

Babayev bildirib ki, bununla əlaqədar pensiyaçılar müvafiq ərazi üzrə bank filialına müraciət etməklə öz plastik kartlarını əldə edə bilərlər. Bank filialı tərəfindən plastik kart şəxsiyyət vəsiqəsi əsasında pensiyaçıya şəxsən və ya onların nümayəndələrinə pensiyaçının bu məqsədlə notarial qaydada təsdiqlənmiş etibarnaməsi əsasında çatdırılacaq.

Xəbər lenti

Xəbər lenti