...

Mehriban Əliyevaya humanitar fəaliyyət sahəsində "Birliyin ulduzları" dövlətlərarası mükafatı təqdim olunub

Cəmiyyət Materials 13 Aprel 2012 15:58 (UTC +04:00)
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevaya "Birliyin ulduzları" dövlətlərarası mükafatı təqdim olunub.
Mehriban Əliyevaya humanitar fəaliyyət sahəsində "Birliyin ulduzları" dövlətlərarası mükafatı təqdim olunub

Azərbaycan, Bakı, 13 aprel /Trend/

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevaya "Birliyin ulduzları" dövlətlərarası mükafatı təqdim olunub. Trend-in məlumatına görə, bu barədə İTAR-TASS agentliyi xəbər verir.

2011-ci il "Birliyin ulduzları" dövlətlərarası mükafatının laureatlara təntənəli təqdimetmə mərasimi cümə günü Rusiya paytaxtının mərkəzində yerləşən Paşkov Evində keçirilib. Mükafat MDB-yə üzv olan yeddi ölkədən yeddi laureata təqdim olunub.

"Birliyin ulduzları" mükafatı hər il üç nominasiya üzrə təqdim edilir: humanitar fəaliyyət, elm və təhsil, ədəbiyyat və incəsənət.
Təntənəli mərasimi açan Dövlət Dumasının spikeri Sergey Narışkin qeyd edib ki, mükafat MDB məkanında görkəmli və əhəmiyyətli hadisəyə çevrilib.

"Əminəm ki, mədəni əlaqələr iqtisadi əlaqələrdən heç də az əhəmiyyətli deyil. Axı, bu, bizdə heç bir maneə və səddin olmadığı sahədir. Bu gün buraya Birliyimizin səmasını həqiqətən mübaliğəsiz bəzəyən parlaq ulduzlar, istedadlar və şəxsiyyətlər toplaşıblar", - Narışkin deyib.

Humanitar fəaliyyət sahəsində mükafat Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevaya, Qırğızıstanın mədəniyyət və idman naziri İbrahim Cunusova, Bakulev adına Ürək-Damar Cərrahiyyəsi Elmi Mərkəzinin rəhbəri Leo Bokeriyaya təqdim edilib.

Mehriban Əliyeva YUNESKO və İSESKO-nun xoşməramlı səfiridir. O, özünün mesenatlıq və xeyriyyəçilik fəaliyyəti ilə Azərbaycanda və onun hüdudlarından kənarda yaxşı tanınır. Onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun irimiqyaslı layihələri bütün həyati əhəmiyyətli sahələri - təhsil, elm, mədəniyyət, ekologiya, idman, din və s. əhatə edir. Yeni klinikaların və məktəblərin tikintisi, məscidlərin, məbəd və dini abidələrin bərpası, mədəni ənənələrin dirçəldilməsi, müasir incəsənətin dəstəklənməsi və milli irsin təbliği Mehriban Əliyevanın fəaliyyətinin heç də tam olmayan siyahısını təşkil edir.

Xəbər lenti

Xəbər lenti