...

TRT kanalında Azərbaycan dilində xəbərlər yayımlanacaq

Cəmiyyət Materials 17 Aprel 2012 12:26 (UTC +04:00)
Türk dünyasının ortaq Televiziyası TRT Avaz Azərbaycan dilində xəbərlərin yayımlanmasına başlayıb. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı TRT-nin Bakı təmsilçiliyindən bildirilib.
TRT kanalında Azərbaycan dilində xəbərlər yayımlanacaq

Azərbaycan, Bakı, 17 aprel / Trend müxbir M.Əliyev/

Türk dünyasının ortaq Televiziyası TRT Avaz Azərbaycan dilində xəbərlərin yayımlanmasına başlayıb. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı TRT-nin Bakı təmsilçiliyindən bildirilib.

Azərbaycan dilində xəbərlər proqramı TRT Avaz kanalında həftə içi hər gün Bakı vaxtı ilə saat 19:30-da 10 dəqiqə müddətində ekranlara gələcək.

Proqramın prodüseri 2006-2009 illər arasında TRT Bakı nümayəndəliyində müxbir kimi çalışan Əli Doğandır. Xəbərləri isə İctimai Televiziyanın diktoru Tamilla Şirinova təqdim edəcək.

"Azərbaycan Xəbər"də Türkiyə, Qafqaz, Orta Asiya və dünyada olan maraqlı, aktual xəbərlər təqdim olunacaq.

Xəbər lenti

Xəbər lenti