...

Azərbaycanda bu il əhalinin sayı 0,3 faiz artıb (ƏLAVƏ OLUNUB)

Cəmiyyət Materials 17 Aprel 2012 17:48 (UTC +04:00)
Azərbaycanda bu ilin birinci rübündə ölkə əhalisinin sayı 0,3 faiz artıb.
Azərbaycanda bu il əhalinin sayı 0,3 faiz artıb (ƏLAVƏ OLUNUB)

Təfərrüatlar əlavə edilib (ilk xəbər saat 16:05-də yayılıb)

Azərbaycan, Bakı, 17 aprel /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanda bu ilin birinci rübündə ölkə əhalisinin sayı 0,3 faiz artıb. Dövlət Statistika Komitəsindən çərşənbə axşamı Trend-ə bildiriblər ki, aprelin 1-nə olan statistikaya görə, Azərbaycan əhalisinin sayı ilin əvvəlindən 29,1 min nəfər və ya 0,3 faiz artaraq 9 264,2 min nəfərə çatıb.

Məlumata görə, hesabat dövründə əhalinin sıxlığı bir kvadratkilometrə 107 nəfər olub. Əhalinin 49,6 faizini kişilər, 50, 4 faizini qadınlar təşkil edir.

Əhalinin 22 faizini 0-14 yaşda, 72 faizi 15-64 yaşda, 6 faizi 65 və yuxarı yaşda olanlardır.

Hazırda hər 1000 nəfər kişiyə 1015 qadın düşür.

Bu ilin ilk 3 ayı ərzində Azərbaycanda 43,1 min körpə doğulub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə hesabı ilə doğumun səviyyəsi 18,9-dan 19-dək artıb. Doğulanların 53,8 faizi oğlanlar, 46,2 faizi qızlardır.

Cari ilin I rübü ərzində Azərbaycanda 14,4 min ölüm halı qeydə alınıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə hesabı ilə ölüm eyni səviyyədə (6,3) qalaraq dəyişməyib.

Xəbər lenti

Xəbər lenti