...

Avstriya polisi "Eurovision 2012" ərəfəsində Bakıda ictimai təhlükəsizliyin təmini ilə bağlı görülmüş işlərlə tanış olub

Cəmiyyət Materials 18 Aprel 2012 18:42 (UTC +04:00)
Daxili işlər nazirinin müavini, polis general-leytenantı Oruc Zalov may ayında ölkəmizdə keçiriləcək "Eurovision 2012" mahnı müsabiqəsi ərəfəsində Azərbaycan paytaxtında ictimai təhlükəsizliyin təmini ilə bağlı görülmüş işlərlə tanış olmaq və bu sahədə fikir mübadiləsi aparmaq üçün Bakıya gəlmiş Avstriya Daxili İşlər Nazirliyinin və Vyana polisinin nümayəndələri ilə görüşüb.
Avstriya polisi "Eurovision 2012" ərəfəsində Bakıda ictimai təhlükəsizliyin təmini ilə bağlı görülmüş işlərlə tanış olub

Azərbaycan, Bakı, 18 aprel /Trend/

Daxili işlər nazirinin müavini, polis general-leytenantı Oruc Zalov may ayında ölkəmizdə keçiriləcək "Eurovision 2012" mahnı müsabiqəsi ərəfəsində Azərbaycan paytaxtında ictimai təhlükəsizliyin təmini ilə bağlı görülmüş işlərlə tanış olmaq və bu sahədə fikir mübadiləsi aparmaq üçün Bakıya gəlmiş Avstriya Daxili İşlər Nazirliyinin və Vyana polisinin nümayəndələri ilə görüşüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən çərşənbə günü Trend-ə verilən məlumata görə, nazir müavini DİN-in əsas hüquq və vəzifələri, eləcə də əlverişli kriminogen durum, ölkəmizdə cinayətkarlıqla aparılan mübarizə, ictimai qaydanın, əmin-amanlığın etibarlı təmin edilməsi barədə ətraflı məlumat verib. Qeyd olunub ki, daxili işlər, digər hüquq-mühafizə və təhlükəsizlik orqanlarının birgə səyləri ilə ölkəmizdə sabitliyin dönməzliyi, insan və vətəndaş hüquq və azadlıqlarının qorunması təmin edilib, xarici investorların normal fəaliyyət göstərmələri, vətəndaşlarımızla bərabər onların da təhlükəsiz və rahat şəraitdə işləyib yaşamaları üçün hər cür şərait yaradılıb.

Polis general-leytenantı Oruc Zalov mahnı müsabiqəsi ilə əlaqədar hazırlıq işlərinin vəziyyəti barədə danışıb və bunun dövlət başçısının şəxsi nəzarətində olduğunu vurğulayıb.

Diqqətə çatdırılıb ki, bu möhtəşəm beynəlxalq tədbirin təşkilində Daxili İşlər Nazirliyinin də üzərinə mühüm vəzifələr düşür və bu istiqamətdə xüsusi Tədbirlər Planı hazırlanaraq icra edilir. Polisin qarşısında duran əsas vəzifə isə müsabiqə ərəfəsində və dövründə paytaxtda ictimai asayişin və əmin-amanlığın nümunəvi qorunması, təhlükəsizlik baxımından digər anoloji tədbirlər kimi bu beynəlxalq yarışmanın da ən yüksək səviyyədə keçirilməsini təmin etməkdir ki, həmin məqsədlə nazirliyin rəhbərliyi bütün zəruri tədbirləri görür.

Nazir müavini iki gün ərzində DİN-in Çevik Polis Alayında təşkil olunmuş təlimlərdə iştiraklarına və müsabiqəöncəsi xidməti fəaliyyətin səmərəliyinin daha da artırılması məqsədilə verdikləri təkliflər üçün qonaqlara minnətdarlığını bildirib.

Səmimi qəbula və ətraflı məlumata görə təşəkkürünü bildirən Avstriya Daxili İşlər Nazirliyinin idarə rəisi Aleksander Marakovits səfərlərinin məqsədinin Bakıda "Eurovision 2012" mahnı müsabiqəsi və genişmiqyaslı digər tədbirlər zamanı ictimai asayişin qorunması və təhlükəsizliyin təmini sahəsində polis əməkdaşları üçün təlimin keçirilməsi olduğunu diqqətə çatdırıb, bu istiqamətdə DİN tərəfindən bütün zəruri təşkilati-praktik tədbirlərin görüldüyünü, həmin nüfuzlu yarışma öncəsi asayiş keşikçilərinin peşəkarlığının yüksək səviyyəyə çatdığını qeyd edib.

Xəbər lenti

Xəbər lenti