...

Ali məktəblərə müsabiqədənkənar qəbul olmaq üçün 2 nəfər sənəd verib

Cəmiyyət Materials 19 Aprel 2012 12:59 (UTC +04:00)
2012-2013-cü tədris ilində Azərbaycanın ali məktəblərinə müsabiqədənkənar qəbul olmaq üçün indiyədək yalnız 2 nəfər sənəd təqdim edib.
Ali məktəblərə müsabiqədənkənar qəbul olmaq üçün 2 nəfər sənəd verib

Azərbaycan, Bakı, 19 aprel /Trend, müxbir İ.İsabalayeva/

2012-2013-cü tədris ilində Azərbaycanın ali məktəblərinə müsabiqədənkənar qəbul olmaq üçün indiyədək yalnız 2 nəfər sənəd təqdim edib. Bu barədə cümə axşamı Trend-ə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə deyib.

Onun sözlərinə görə, həmin şəxslər idmançılardr.

Nağızadə deyib ki, "Təhsil haqqında" qanunun 26.5-ci maddəsinə əsasən, dünya fənn olimpiadalarının, yüksəksəviyyəli beynəlxalq müsabiqələrin və yarışların qalibləri müvafiq ixtisaslar üzrə ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunurlar. Bununla bağlı bu kateqoriyadan olan abituriyentlər tələb olunan sənədləri mayın 18-dək TQDK-nın regional bölməsinə (Naxçıvan, Gəncə, Quba, Lənkəran, Şəki) təqdim edə bilərlər.

Ümumilikdə isə növbəti tədris ili üzrə ali və tam orta təhsil bazasından (11 illik) orta ixtisas məktəblərinə tələbə qəbulu imtahanlarında iştirak etmək üçün indiyədək 9674 nəfər sənəd verib. Onların 2527-si rus, 7147-si Azərbaycan bölməsinin abituriyentidir.

Ali və tam orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulu aprelin 10-dan başlayıb. Mayın 16-dək abituriyentlər "Abituriyentin elektron ərizəsi" formasını doldurmalı, mayın 18-dək isə elektron ərizələrini təsdiqləməlidirlər.

Xəbər lenti

Xəbər lenti