...

Rusiya avtomobil bazarında "Nissan" brendi satış həcmi üzrə birinci yerə çıxıb (FOTO)

Cəmiyyət Materials 23 Aprel 2012 16:17 (UTC +04:00)
Rusiyanın Avtomobil İstehsalçıları Komitəsi 2012-ci ilin ilk rübünün satış nəticələrini elan edib.
Rusiya avtomobil bazarında "Nissan" brendi satış həcmi üzrə birinci yerə çıxıb (FOTO)

Azərbaycan, Bakı, 23 aprel /Trend/

Rusiyanın Avtomobil İstehsalçıları Komitəsi 2012-ci ilin ilk rübünün satış nəticələrini elan edib.

Trend-in məlumatına görə, Rusiya avtomobil bazarında ilk dəfə olaraq xarici avtomobillər sırasında "Nissan" brendi satış həcmi üzrə birinci yerə çıxıb. Belə ki, 2012-ci ilin ilk üç ayında 42 117 ədəd (2011-ci ilin müvafiq dövrü ilə müqayisədə 52%-lik artımla) "Nissan" avtomobili satılıb ki, bunun da əsas hissəsini "Juke" və "Qashqai" krossoverləri təşkil edib.

Bununla bərabər, "Renault Logan" və "Sandero" modelləri də Rusiya avtomobil bazarının liderlərindən olan "Lada" modelini sıxışdırmağa nail olublar. Belə ki, 2012-ci ilin ilk rübündə 17 140 ədəd "Logan" modeli, 13 488 ədəd "Sandero" modeli satılıb və bu, "Renault" modeli üzrə satış həcmini 30 628 ədəd avtomobilə çatdırıb. Bununla da "Renault" markası, həmçinin 2012-ci ilin ilk rübünün liderləri sırasına daxil olub.

Premium seqmentə gəldikdə isə "İnfiniti" avtomobil markası 45% daha artıq satış həcmi ilə (2847 ədəd) əsas rəqiblərini geridə qoya bilib.

Qeyd edək ki, "Nissan", "İnfiniti" və "Renault" markalı avtomobillərin Azərbaycanda rəsmi nümayəndəliyi "Nurgün Motors" şirkətidir.

Xəbər lenti

Xəbər lenti