...

Azərbaycanda pasiyentin özünün və ya qohumlarının xahişi ilə eftanaziyanın edilməsi qadağan olunur

Cəmiyyət Materials 25 Aprel 2012 17:13 (UTC +04:00)
Azərbaycanda tibb işçilərinin ölümün tezləşdirilməsi haqqında (eftanaziya) pasiyentin özünü, onun qohumlarını və ya maraqlarını təmsil edən şəxslərin xahişinin yerinə yetirməsi qadağan olunur.
Azərbaycanda pasiyentin özünün və ya qohumlarının xahişi ilə eftanaziyanın edilməsi qadağan olunur

Azərbaycan, Bakı, 25 aprel /Trend, müxbir M.Əliyev/

Azərbaycanda tibb işçilərinin ölümün tezləşdirilməsi haqqında (eftanaziya) pasiyentin özünü, onun qohumlarını və ya maraqlarını təmsil edən şəxslərin xahişinin yerinə yetirməsi qadağan olunur. Trend-in məlumatına görə, bu barədə "Pasiyentin hüquqları haqqında" qanun layihəsində qeyd olunur.

Milli Məclisin Sosial siyasət komitəsinin çərşənbə günü keçirilən iclasında gündəliyə çıxarılan qanun layihəsinə əsasən, beyin ölümü faktının konstatasiyası zamanı pasiyentin həyatının saxlanılması vasitələrinin kəsilməsi haqqında qərar yazılı surətdə həkim məsləhət komissiyası tərəfindən qəbul edilir.

Qanunda, həmçinin qeyd olunub ki, transplantasiya məqsədilə orqan və (və ya) toxumalar çıxarılarkən həyatın saxlanılması vasitələrinin kəsilməsi haqqında qərarın qəbuluna transplantoloqların və donor xidmətinin işini təmin edən və maliyyələşdirən şəxslərin cəlb edilməsinə yol verilmir.

Xəbər lenti

Xəbər lenti