...

Azərbaycanda işgəncə halları üzrə hesabatların hazırlanmasının müzakirələri başlayıb

Cəmiyyət Materials 26 Aprel 2012 12:59 (UTC +04:00)
Bakıda cümə axşamı saxlama yerlərinin monitorinqi və milli preventiv mexanizm (MPM) çərçivəsində işgəncə halları üzrə hesabatların hazırlanması mövzusunda metodoloji seminar başlayıb.
Azərbaycanda işgəncə halları üzrə hesabatların hazırlanmasının müzakirələri başlayıb

Azərbaycan, Bakı, 26 aprel /Trend müxbir M.Əliyev/

Bakıda cümə axşamı saxlama yerlərinin monitorinqi və milli preventiv mexanizm (MPM) çərçivəsində işgəncə halları üzrə hesabatların hazırlanması mövzusunda metodoloji seminar başlayıb.

Trend-in məlumatına görə, ATƏT-in Bakı Ofisi və Azərbaycan Ombudsman Aparatının təşkil etdiyi ikigünlük seminarda 40-dan artıq iştirakçı Azərbaycanda MPM-in icrasına cəlb olunmuş əməkdaşların monitorinq və hesabatların hazırlanması üzrə təcrübələrini bölüşəcəklər.

ATƏT-in Bakı Ofisinin rəhbəri, səfir Koray Tarqay seminarın açılışında bildirib ki, Azərbaycanın milli preventiv mexanizmi ölkədə işgəncə hallarının və pis rəftarın digər formalarının qarşısının alınmasında vacib rol oynayır. O, ümidvar olduğunu bildirib ki, keçirilən təlim azadlıqdan məhrum olunmuş insanların hüquqlarının lazımi müdafiəsini təmin etmək üçün göstərilən səyləri daha da gücləndirəcək.

Azərbaycanın insan haqları üzrə müvəkkili (ombusman) Elmira Süleymanova tədbirdə bildirib ki, Azərbaycan siyasi və vətəndaşlıq hüquqları paktına qoşulub və həmin sənədin müddəaları insanlara qarşı işgəncənin yolverilməzliyini qəbul edir. Onun sözlərinə görə, Azərbaycanda qanunverici bazaya da dəyişikliklər olunub və bunların hamısı insan ləyaqətinin qorunmasına yönəlib.

Tədbirdə yerli və beynəlxalq ekspertlər Azərbaycan MPM-in nümayəndələri ilə birlikdə işgəncənin qarşısının alınmasının nəzəri və praktiki tərəflərini, pis rəftarın qarşısının alınması və qadağasına dair beynəlxalq və regional standartları, monitorinqin növləri, MPM-in üzə çıxardığı hallara dair hesabatın verilməsini, eləcə də saxlanılan şəxslərə müsahibə texnikalarını müzakirə edəcək.

Xəbər lenti

Xəbər lenti