Azərbaycan, Bakı, 27 aprel /Trend/
Yaxın iki gündə Azərbaycanın hava şəraitində mühüm dəyişiklik gözlənilmir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, əksər rayonlarda havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır. Lakin gecə bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, lokal qısamüddətli az yağış yağacağı ehtimalı var.
Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi, səhər və axşam bəzi yerlərdə zəif duman olacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək, gündüz cənub küləyi ilə əvəz olunacaq.
Havanın temperaturunun gecə 11-16, gündüz 23-28 dərəcə isti olacağı gözlənilir.
Aprelin 28-də Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gecə bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, lokal qısamüddətli yağış yağacağı ehtimalı var. Bəzi yerlərdə duman olacağı gözlənilir. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 10-15, gündüz 24-29, dağlarda gecə 6-11, gündüz 17-22 dərəcə isti təşkil edəcək.