...

Bakının bəzi ərazilərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq

Cəmiyyət Materials 2 May 2012 10:52 (UTC +04:00)
Mayın 2-də gün ərzində Nəsimi və Nərimanov rayonlarının bəzi ərazilərinə (S.Vurğun, S.Rüstəm, M.Qaşqay, C.Hacıbəyli, X. Şuşinski, Ə.Qasımzadə küçələrinə, Vaqif və Azadlıq prospektlərinə) içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Bakının bəzi ərazilərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq

Azərbaycan, Bakı, 2 may /Trend/

Mayın 2-də gün ərzində Nəsimi və Nərimanov rayonlarının bəzi ərazilərinə (S.Vurğun, S.Rüstəm, M.Qaşqay, C.Hacıbəyli, X. Şuşinski, Ə.Qasımzadə küçələrinə, Vaqif və Azadlıq prospektlərinə) içməli suyun verilməsində məhdudiyyətlər olacaq. Bu barədə Trend-ə "Azərsu" ASC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Məhdudiyyətlər abunəçilərin fasiləsiz və keyfiyyətli içməli su ilə təchiz edilməsi, həmçinin su itkilərinin qarşısını almaq məqsədi ilə Bakı şəhəri Nəsimi rayonu Vaqif prospektində yeni çəkilmiş magistral su xəttinin (diametri 500 mm) şəbəkəyə qoşulması işləri ilə əlaqədardır.

Yaranmış narahatlıqla əlaqədar "Azərsu" ASC abonentlərdən üzr istəyir.

Xəbər lenti

Xəbər lenti