...

Ombudsman Aparatında BQXK nümayəndəsi ilə görüş olub

Cəmiyyət Materials 4 May 2012 14:48 (UTC +04:00)
Ombudsman Aparatında BQXK nümayəndəsi ilə görüş olub
Ombudsman Aparatında BQXK nümayəndəsi ilə görüş olub

Azərbaycan, Bakı, 4 may / Trend müxbir K.Zərbalıyeva/

Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı və Ombudsmanın İşgəncələrin qarşısının alınması üzrə Milli Preventiv Mexanizm (MPM) qrupunun rəhbəri Vüqar Məhərrəmov Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Azərbaycan Ofisinin Müdafiə üzrə koordinatoru xanım Qvenell Fontana ilə görüşüblər.

Ombudsman Aparatından Trend-ə verilən məlumata görə, görüşdə azadlıqdan məhrumetmə və məhdudlaşdırma yerlərində saxlanma şəraitinin araşdırılması, habelə gələcək əməkdaşlıq perspektivləri barədə müzakirələr aparılıb.

Görüşdə BQXK-nın Azərbaycan Ofisinin əməkdaşı Çingiz Rayimbekov da iştirak edib.

Xəbər lenti

Xəbər lenti