Azərbaycan, Bakı, 7 may /Trend/
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü ilə əlaqədar Balaxanı bərk məişət tullantılarının çeşidlənməsi zavodunun ətrafında yaşıllaşdırma aksiyası keçirilib.
Trend-in məlumatına görə, bu aksiya çərçivəsində İqtisadi İnkişaf Nazirliyi və "Təmiz Şəhər" ASC-nin əməkdaşları müxtəlif ağaclar və bəzək kolları əkib və abadlıq işləri aparıblar. Ümumilikdə, tədbir çərçivəsində 1000-ə yaxın ağac və bəzək kolu əkilib, ətrafda təmizlik işləri aparılıb.
Qeyd edək ki, 2010-cu ildən başlayaraq Balaxanı poliqonu ərazisində ekoloji tarazlığın bərpası məqsədilə İqtisadi İnkişaf Nazirliyinin və "Təmiz Şəhər" ASC-nin əməkdaşlarının iştirakı ilə ildə iki dəfə - yaz və payız aylarında yaşıllaşdırma işləri aparılır. Bu günə kimi keçirilən yaşıllaşdırma aksiyalarında 4000-dən çox ağac və bəzək kolları əkilib, abadlıq işləri aparılıb.