...

Sabah Azərbaycanın bəzi ərazilərində havanın temperaturu 32 dərəcəyə yüksələcək

Cəmiyyət Materials 9 May 2012 12:04 (UTC +04:00)
Mayın 10-da Azərbaycanın bəzi ərazilərində havanın temperaturu 32 dərəcəyədək yüksələcək.
Sabah Azərbaycanın bəzi ərazilərində havanın temperaturu 32 dərəcəyə yüksələcək

Azərbaycan, Bakı, 9 may /Trend, müxbir İ.İsabalayeva/

Mayın 10-da Azərbaycanın bəzi ərazilərində havanın temperaturu 32 dərəcəyədək yüksələcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən çərşənbə günü Trend-ə verilən məlumata görə, mayın 10-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacağı ehtimalı var.

Cənub-şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 13-18, səhər 21-23, gündüz 25-29 dərəcə isti olacağı gözlənilir.

Mayın 10-da Abşeron yarımadasının hava şəraitində mühüm dəyişiklik gözlənilmir.

Mayın 10-da Azərbaycanın rayonlarında gün ərzində əksər rayonlarda əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, lokal qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 13-18, gündüz 27-32, dağlarda gecə 5-10, gündüz 15-20 dərəcə isti olacağı gözlənilir.

Xəbər lenti

Xəbər lenti