...

Seysmoloji Xidmət Mərkəzi Azərbaycanda zəlzələrin aktivləşməsinə münasibət bildirib

Cəmiyyət Materials 14 May 2012 16:40 (UTC +04:00)
Azərbaycanda bu gün ərzində Lənkəran və Şəki şəhərlərində zəlzələlərin baş verməsi adi seysmoloji hadisə sayıla bilər.
Seysmoloji Xidmət Mərkəzi Azərbaycanda zəlzələrin aktivləşməsinə münasibət bildirib

Azərbaycan, Bakı, 14 may /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanda bu gün ərzində Lənkəran və Şəki şəhərlərində zəlzələlərin baş verməsi adi seysmoloji hadisə sayıla bilər.

Bunu bazar ertəsi Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının Respublika Seysmoloji Xidmət Mərkəzinin Seysmoloji və geodinamik tədqiqatlar şöbəsinin müdiri Tahir Məmmədli deyib.

Onun sözlərinə görə, bu zəlzələlərin baş verməsi tektonik proseslərlə əlaqədardır.

Məmmədli bildirib ki, zəlzələlərin baş verdiyi ərazilər seysmik baxımdan aktiv bölgələr hesab edilir.

"Ona görə də bu zəlzələlər adi hal kimi qəbul olunmalıdır. Biz əvvəldən bilirik ki, burada zəlzələ baş verə bilər. Bunlar da güclü zəlzələlər deyil. Rixter şkalası ilə 4 bal gücündə olan zəlzələlərdir ki, bunlar da güclü sayılmır", - Mərkəz rəsmisi əlavə edib.

Qeyd edək ki, bu gün Azərbaycanın Lənkəran rayonunda və Şəki şəhərində zəlzələ olub. Lənkəranda 4 bal gücündə zəlzələ qeydə alınıb. Şəkidə zəlzələ episentrdə 5 bal, episentrə yaxın yaşayış məntəqələrində isə 3-4 bal gücündə təkanlar olub.

Xəbər lenti

Xəbər lenti