Azərbaycan, Bakı, 14 may /Trend, müxbir İ.İsabalayeva/
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası rus bölməsi abituriyentləri üçün mayın 13-də Azərbaycan dili fənnindən keçirilmiş test imtahanının nəticələrini açıqlayıb.
Komissiyanın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, imtahanda iştirakı nəzərdə tutulan 9443 abituriyentdən 4038 nəfəri oğlan, 5405 nəfəri qız olub. 6788 abituriyent orta ümumtəhsil müəssisələrinin builki məzunu, 2655 nəfər isə əvvəlki illərin məzunlarıdır.
İmtahan Bakı şəhərində 11, Naxçıvanda 1, Gəncədə 3, Sumqayıtda 1, Şəkidə 1, Lənkəranda 1, Qubada 2 binada keçirilib. İmtahanın idarə olunması üçün 66 imtahan rəhbəri, 713 nəzarətçi-müəllim cəlb olunub.
İmtahanın nəticələri ilə TQDK-nın rəsmi saytında tanış olmaq mümkündür.