...

Ekologiya Nazirliyi Qəbələ Meşə Mühafizəsi Müəssisəsinin direktorunu cəzalandırıb

Cəmiyyət Materials 17 May 2012 12:41 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Qəbələ Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin direktorunu cəzalandırıb.
Ekologiya Nazirliyi Qəbələ Meşə Mühafizəsi Müəssisəsinin direktorunu cəzalandırıb

Azərbaycan, Bakı, 17 may / Trend müxbir İ.İsabalayeva/

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Qəbələ Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin direktorunu cəzalandırıb.

Nazirliyin mətbuat xidmətindən cümə axşamı Trend-ə verilən məlumata görə, ETSN-ə Qəbələ Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin Vəndam meşəbəyliyinin 72-ci kvartalının 15-ci bölməsində qanunsuz tikinti aparılması ilə əlaqədar şikayət daxil olub. Şikayət araşdırılarkən sözügedən ərazidə Qəbələ rayonu Vəndam kənd sakini Coşqun Bağırov tərəfindən əhaliyə iaşə xidmətinin göstərilməsi məqsədilə qanunsuz olaraq (20 m2 və 32 m2 ölçüdə) istirahət və mətbəx təyinatlı otaqların inşa edildiyi aşkarlanıb. Sözügedən qanunsuz tikililər təqsirkar şəxs tərəfindən könüllü olaraq sökülüb.

Bağırov tərəfindən meşə sahəsində qanunsuz olaraq əsaslı tikinti aparılması nəticəsində Nazirlər Kabinetinin 30.10.1998-ci il tarixli 219 saylı qərarının tələbləri pozulub. Bu qanun pozucusu barəsində Qəbələ Meşə Mühafizəsi və Bərpası Müəssisəsi tərəfindən qanuna müvafiq tədbir görülmədiyi üçün ETSN tərəfindən müəssisənin direktoru barəsində qanunvericiliyə uyğun qaydada intizam tənbeh tədbiri görülüb.

Meşə fondu torpaqlarında qanunsuz olaraq əsaslı tikintilərin inşa edilməsinə qarşı nəzarətin gücləndirilməsi məqsədilə isə Qəbələ Meşə Mühafizəsi və Bərpası Müəssisəsinə və 11 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsinə ciddi tapşırıqlar verilib.

Xəbər lenti

Xəbər lenti