Azərbaycan, Bakı, 18 may /Trend, müxbir İ.İsabalayeva/
Sabah Azərbaycanda isti hava şəraiti davam edəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, mayın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.
Mülayim cənub-şərq küləyi axşam şimal küləyi ilə əvəz olunacaq.
Havanın temperaturunun gecə 16-21, gündüz 25-30 dərəcə isti olacağı gözlənilir.
Mayın 19-20-də Abşeron yarımadasında hava şərtaitinin dəyişkən buludlu olacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.
Azərbaycanın rayonlarında hava gündüz əsasən yağmursuz olacaq. Lakin axşam və gecə bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir.
Qərb küləyi əsəcək, şimşək çaxanda arabir güclənəcək. Havanın temperaturu gecə 16-21, gündüz 28-33, dağlarda gecə 7-12, gündüz 19-24 dərəcə isti olacaq.
Azərbaycanda isti hava şəraiti davam edəcək
Sabah Azərbaycanda isti hava şəraiti davam edəcək.
