...

Kürdə suyun səviyyəsi təhlükəli həddə çatır

Cəmiyyət Materials 24 May 2012 16:26 (UTC +04:00)
Gürcüstan ərazisində yağan yağışlarla əlaqədar Kür çayının yuxarı hissəsində suyun səviyyəsi artıb.
Kürdə suyun səviyyəsi təhlükəli həddə çatır

Azərbaycan, Bakı, 24 may /Trend, müxbir İ.İsabalayeva/

Gürcüstan ərazisində yağan yağışlarla əlaqədar Kür çayının yuxarı hissəsində suyun səviyyəsi artıb. Bunu cümə axşamı Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev deyib.

Onun sözlərinə görə, dünən çayın yuxarı axınında suyunun səviyyəsi 5, bu gün isə 9 sm artıb. Yaxın günlər ərzində də Kürün bu hissəsində suyun səviyyəsinin artacağı gözlənilir.

Verdiyev bildirib ki, yaxın günlərdə bölgələrdə gecə və axşam saatlarında gözlənilən yağışlarla əlaqədar dağ çaylarında sululuğun artacağı proqnozlaşdırılır. Bununla əlaqədar dağ çaylarında, xüsusilə Böyük Qafqazın cənub yamacındakı çaylarda qısamüddətli daşqınlar ola bilər.

Xəbər lenti

Xəbər lenti