...

Azərbaycanda buraxılış imtahanlarından azad edilmiş şagirdlərin siyahısı açıqlanıb

Cəmiyyət Materials 31 May 2012 17:25 (UTC +04:00)
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2011-2012-ci tədris ilində üzrlü səbəblərdən tam və orta təhsil səviyyələri üzrə buraxılış imtahanlarından azad edilmiş şagirdlərin siyahısını açıqlayıb.
Azərbaycanda buraxılış imtahanlarından azad edilmiş şagirdlərin siyahısı açıqlanıb

Azərbaycan, Bakı, 31 may /Trend, müxbir İ.İsabalayeva/

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2011-2012-ci tədris ilində üzrlü səbəblərdən tam və orta təhsil səviyyələri üzrə buraxılış imtahanlarından azad edilmiş şagirdlərin siyahısını açıqlayıb.

Komissiyadan cümə axşamı Trend-ə verilən məlumata görə, Bakı şəhərində tam orta təhsil səviyyəsi üzrə 540, ümumi orta təhsil səviyyəsi üzrə 252, Gəncədə tam orta təhsil səviyyəsi üzrə 7, ümumi orta təhsil səviyyəsi üzrə 7, Sumqayıtda tam orta təhsil səviyyəsi üzrə 37, ümumi orta təhsil səviyyəsi üzrə 27 nəfər imtahandan azad edilib.

Bu şagirdlər Təhsil Nazirliyinin əmri ilə səhhətləri ilə əlaqədar buraxılış imtahanlarından azad ediliblər. Respublikanın digər rayon və şəhərləri üzrə imtahandan azad edilmiş şagirdlərin adlı siyahısı TQDK-nın rəsmi saytında yerləşdirilib.

TQDK həm də əldə etdikləri nailiyyətlərə görə buraxılış imtahanlarından azad edilmiş şagirdlərin siyahısını elan edib.

Xəbər lenti

Xəbər lenti