...

"Təmiz Şəhər" Beynəlxalq Uşaqlar Gününə həsr edilmiş tədbir keçirib (FOTO)

Cəmiyyət Materials 2 İyun 2012 14:08 (UTC +04:00)
"Təmiz Şəhər" ASC "EkoSfera" Sosial-Ekoloji Mərkəzi ilə birgə İçərişəhərdə və Qala qəsəbəsində 1 iyun - Beynəlxalq Uşaqlar Gününə həsr olunmuş ekoloji tədbir keçirib.
"Təmiz Şəhər" Beynəlxalq Uşaqlar Gününə həsr edilmiş tədbir keçirib (FOTO)

Azərbaycan, Bakı, 2 iyun /Trend/

"Təmiz Şəhər" ASC "EkoSfera" Sosial-Ekoloji Mərkəzi ilə birgə İçərişəhərdə və Qala qəsəbəsində 1 iyun - Beynəlxalq Uşaqlar Gününə həsr olunmuş ekoloji tədbir keçirib.

ASC-nin mətbuat xidmətindən şənbə günü Trend-ə verilən məlumata görə, bu tədbir İçərişəhər və Qala qəsəbəsində tullantıların çeşidlənməsi üzrə pilot layihələrin məlumatlandırma-təşviqat proqramı çərçivəsində reallaşdırılıb.

Tədbirin keçirilməsində əsas məqsəd interaktiv oyunlar vasitəsilə İçərişəhər və Qalanın balaca sakinlərinin ətraf mühitin mühafizəsi, tullantılatın utilizasiyası, məişət tullantılarının çeşidlənməsi və təbii resurslara qənaət kimi mövzularda məlumatlılıq səviyyəsini artırmaq olub.

1 İyun - Beynəlxalq Uşaqlar Günü artıq 62 ildir dünyada qeyd olunur. Bu günün önəmini ifadə edən bayrağı var. Bayrağın yaşıl fonu boy, harmoniya, təravət və məhsuldarlığı, Yer kürəsinin ətrafındakı qırmızı, sarı, göy, ağ və qara rəngli fiqurlar müxtəliflik və tolerantlığı, mərkəzdə yerləşdirilmiş Yer kürəsi bizim evimizi ifadə edir. Uşaqların köməyi ilə bir daha böyüklərə ətraf mühitin - indi və gələcəkdə yaşayacayığımız evimizin sağlamlaşdırılmasının vacibliyi xatırladılıb.

Təbii sərvətlərə və "Evimizin ekologiyasına" məsuliyyətli yanaşmanı vurğulamaq üçün tədbirdə iştirak edən uşaqlar əl izləri ilə ağ topları bayrağın rəngləri ilə boyayıblar. Uşaqlar klounlarla birlikdə göy və yaşıl rəngli şarlardan insan fiqurları hazırlayıb və yoldan ötənlərə bağışlayıb, rəngli kağızlardan çələnglər hazırlayıb və böyüklərə tullantıların çeşidlənməsinin əhəmiyyətini anladıblar.

Tədbirlərdə aktiv iştirak edən İçərişəhərin balaca sakinləri üçün Qalaya ekskursiya təşkil edilib və orada onlar layihə üzrə balaca partnyorları ilə tanış olublar. Orada həmçinin Qala və İçərişəhər komandaları arasında voleybol yarışı təşkil olunub. Yaşca daha kiçik iştirakçılar isə tabaşirlə rəsmlər çəkib, batutlarda əylənib və qabarcıq yarışlarında iştirak ediblər.

Xəbər lenti

Xəbər lenti