...

Noyabrda Günəş tutulacaq

Cəmiyyət Materials 5 İyun 2012 11:25 (UTC +04:00)
Bu il noyabrın 14-də Günəş tutulması olacaq.
Noyabrda Günəş tutulacaq

Azərbaycan, Bakı, 5 iyun /Trend, müxbir İ.İsabalayeva/

Bu il noyabrın 14-də Günəş tutulması olacaq. Bunu çərşənbə günü Trend-ə Azərbaycan Milli Elmlər Akademiyası Şamaxı Astrofizika Rəsədxanasının direktoru Əyyub Quliyev deyib.

Onun sözlərinə görə, Günəş tutulması saat 23:39-da baş verəcək.

Quliyev deyib ki, iyunun 4-də baş verən Ay tutulması 14:59-da başlayıb, 17:06-da başa çatıb. Ay tutulması ilə bağlı dünən maksimum göstərici 16:03-də qeydə alınıb.

Rəsədxana direktoru noyabrın 14-dək nə Ay, nə də Günəş tutulmasının olacağını bildirib. O, belə astroloji hadisələrin insanların orqanizminə mənfi təsir etmədiyini də nəzərə çatdırıb.

Xəbər lenti

Xəbər lenti