...

Bakıya isti küləklər gəlir

Cəmiyyət Materials 11 İyun 2012 13:03 (UTC +04:00)
Bakıda və Abşeron yarımadasında sabah gündüz şimal-qərb küləyi cənub-şərq küləyi ilə əvəz olunacaq.
Bakıya isti küləklər gəlir

Azərbaycan, Bakı, 11 iyun /Trend, müxbir M.Əliyev/

Bakıda və Abşeron yarımadasında sabah gündüz şimal-qərb küləyi cənub-şərq küləyi ilə əvəz olunacaq. Bu barədə Trend-ə bazar ertəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən bildirilib.

Paytaxtda və yarımadada sabah az buludlu, yağmursuz hava şəraiti gözlənilir. Havanın temperaturu gecə 17-22 dərəcə isti, gündüz 28-33 dərəcə isti olacaq.

Abşeron çimərliklərində dəniz suyunun temperaturunun Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 22-23 dərəcə, Zuğulba, Buzovna, Mərdəkan, Şüvəlan, Türkan, Hövsan, Sahil, Şıxda 23-24 dərəcə isti olacağı gözlənilir.

İyunun 12-dən 16-dək Abşeron yarımadasında sabit hava şəraiti və meteoroloji amillərin normal sutkalıq gedişi meteohəssas insanlar üçün əsasən əlverişlidir. Bununla yanaşı, ayın 13-dən 16-dək gündüz saatlarında isti diskomfort şərait gözlənilir.

Azərbaycanın rayonlarında iyunun 12-də əsasən yağmursuz hava şəraiti gözlənilir, şərq küləyi əsəcək, havanın temperaturu gecə 17-22 dərəcə isti, gündüz 31-36 dərəcə isti, dağlarda gecə 8-13 dərəcə isti, gündüz 21-26 dərəcə isti olacaq.

Xəbər lenti

Xəbər lenti