...

Azərbaycanda aspirantlar üçün tikiləcək binanın yeri müəyyənləşdirilib

Cəmiyyət Materials 11 İyun 2012 15:56 (UTC +04:00)
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Gənclərin İntellektual İnkişaf Mərkəzinin direktoru İlqar Orucov Trend-ə bildirib ki, yaşayış binasının tikintisi üçün Şərifzadə küçəsində yerləşən AMEA yataqxanasının həyəti seçilib.
Azərbaycanda aspirantlar üçün tikiləcək binanın yeri müəyyənləşdirilib

Azərbaycan, Bakı, 6 iyun /Trend, müxbir M.Əliyev/

Azərbaycanda aspirantlar üçün tikiləcək binanın yeri müəyyənləşdirilib.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Gənclərin İntellektual İnkişaf Mərkəzinin direktoru İlqar Orucov Trend-ə bildirib ki, yaşayış binasının tikintisi üçün Şərifzadə küçəsində yerləşən AMEA yataqxanasının həyəti seçilib.

"Hazırda binanın tikintisi ilə bağlı sənədlər aidiyyəti qurumlar tərəfindən yoxlanılır. Sənədlər hazır olduqdan sonra tikintiyə başlanılacaq", - o bildirib.

Aspirantlar üçün tikilən bina 16 mərtəbəli olacaq. İlkin mərhələdə təqribən 100 aspirantın evlə təmin olunması nəzərdə tutulur.

Xəbər lenti

Xəbər lenti