...

AŞPA-nın Monitorinq Komitəsinin həmməruzəçiləri Baş Prokurorluqda olublar

Cəmiyyət Materials 12 İyun 2012 18:34 (UTC +04:00)
Bu gün Baş prokuror Zakir Qaralov ölkəmizə səfər proqramı çərçivəsində Avropa Şurası Parlament Assambleyasının Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Pedro Aqramunt de Mora və Jozef Debono Qrex ilə görüşüb.
AŞPA-nın Monitorinq Komitəsinin həmməruzəçiləri Baş Prokurorluqda olublar

Azərbaycan, Bakı, 12 iyun /Trend/

Bu gün Baş prokuror Zakir Qaralov ölkəmizə səfər proqramı çərçivəsində Avropa Şurası Parlament Assambleyasının Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Pedro Aqramunt de Mora və Jozef Debono Qrex ilə görüşüb.

Baş Prokurorluğun mətbuat xidmətindən çərşənbə axşamı Trend-ə verilən məlumata görə, görüşdə Baş prokuror Azərbaycanın Avropa Şurası ilə əlaqələrin möhkəmləndirilməsinə böyük önəm verdiyini bildirərək, ölkəmizin məhkəmə-hüquq sisteminin müasirləşdirilməsi istiqamətində Prezident İlham Əliyev tərəfindən imzalanan mütərəqqi qanunvericilik aktlarının qəbul edilməsi, bu islahatlar çərçivəsində prokurorluğun fəaliyyəti üçün normativ-hüquqi bazanın yaradılması barədə ətraflı məlumat verib.

İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququnun öyrənilməsi və tətbiqinin prokurorluq orqanları qarşısında prioritet vəzifə olduğunu diqqətə çatdıran Baş prokuror, çıxışında respublikamızda İnsan hüquqları üzrə Avropa Konvensiyasının implementasiyası, insan hüquqlarının qorunması istiqamətində aparılan işlər, o cümlədən "Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı"nın icrası ilə əlaqədar konkret işlərin həyata keçirildiyini xüsusi vurğulayıb.

AŞPA ilə Azərbaycan arasında sıx əməkdaşlıqdan və bu əlaqələrin daha da inkişaf etdirilməsindən məmnunluğunu ifadə edən həmməruzəçilər ölkəmizdə məhkəmə-hüquq sistemində həyata keçirilən islahatları, xüsusilə insan hüquq və azadlıqlarının daha etibarlı müdafiəsinə xidmət edən öhdəliklərin yerinə yetirilməsi ilə bağlı görülmüş işləri yüksək qiymətləndirərək, Azərbaycanda gedən demokratik prosesləri dəstəklədiklərini və bu sahədə zəruri köməklik göstərməyə hazır olduqlarını vurğulayıblar.

Görüşdə səmərəli fikir mübadiləsi aparılıb və maraq doğuran suallar cavablandırılıb.

Xəbər lenti

Xəbər lenti