...

Azərbaycanda gənclər üçün arxeoloji düşərgələrə start verilir

Cəmiyyət Materials 21 İyun 2012 13:26 (UTC +04:00)
Gənclər və İdman Nazirliyi tərəfindən bu ildən etibarən ali təhsil müəssisələri tələbələrinin iştirakı ilə Azərbaycanın müxtəlif regionlarında arxeoloji düşərgələrin keçirilməsi nəzərdə tutulub.
Azərbaycanda gənclər üçün arxeoloji düşərgələrə start verilir

Azərbaycan, Bakı, 21 iyun /Trend, müxbir M.Əliyev/

Gənclər və İdman Nazirliyi tərəfindən bu ildən etibarən ali təhsil müəssisələri tələbələrinin iştirakı ilə Azərbaycanın müxtəlif regionlarında arxeoloji düşərgələrin keçirilməsi nəzərdə tutulub.

Nazirliyin mətbuat xidmətindən cümə axşamı Trend-ə verilən məlumata görə, düşərgənin təşkil edilməsində əsas məqsəd gənclərin vətənpərvərlik ruhunda tərbiyə edilməsi, onlara Azərbaycan tarixi haqqında əyani olaraq geniş məlumatların verilməsidir.

Bununla əlaqədar olaraq nazirlik Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Arxeologiya və Etnoqrafiya İnstitutu və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı ilə birgə iyunun 22-dən başlayaraq ali təhsil müəssisələrinin tələbələri üçün Qəbələ rayonunda arxeoloji düşərgələrə start verir. Düşərgədə 15-ə yaxın ali təhsil müəssisəsindən 80 nəfər gənc iştirak edəcək.

Düşərgənin sonunda iştirakçılara Gənclər və İdman Nazirliyinin sertifikatları veriləcək. Düşərgələr iyulun 6-dək davam edəcək.

İyunun 22-də düşərgədə çalışacaq tələbələrlə gənclər və idman nazirinin müavini İntiqam Babayevin və Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru Maisə Rəhimovanın görüşü keçiriləcək.

Qeyd edək ki, tədbir Azərbaycan Prezidenti İlham Əliyevin 7 iyul 2011-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramına uyğun olaraq gerçəkləşir.

Xəbər lenti

Xəbər lenti