...

Sabah Azərbaycanda havanın temperaturu 37 dərəcəyə yüksələcək

Cəmiyyət Materials 25 İyun 2012 13:14 (UTC +04:00)
Sabah Azərbaycan ərazisində havanın temperaturu 37 dərəcəyə yüksələcək.
Sabah Azərbaycanda havanın temperaturu 37 dərəcəyə yüksələcək

Azərbaycan, Bakı, 25 iyun /Trend, müxbir İ.İsabalayeva/

Sabah Azərbaycan ərazisində havanın temperaturu 37 dərəcəyə yüksələcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən bazar ertəsi Trend-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında iyunun 26-da hava şəraitinin dəyişkən buludlu, yağmursuz olacağı gözlənilir. Şimal küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 20-23, gündüz 31-36 dərəcə isti təşkil edəcək.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 21-22, Zuğulba, Buzovna, Mərdəkan, Şüvəlanda 22-23, Türkan, Hövsan, Sahil, Şıxda 24-25 dərəcə isti olacaq.

Yaxın 2 gündə Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Azərbaycanın rayonlarında iyunun 26-da hava şəraiti əsasən yağmursuz keçəcək. Şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 19-24, gündüz 32-37, dağlarda gecə 11-16, gündüz 22-27 dərəcə isti olacağı gözlənilir.

Xəbər lenti

Xəbər lenti