...

Növbəti tədris ilində Azərbaycanın təhsil sistemində yeniliklər gözlənilir

Cəmiyyət Materials 27 İyun 2012 13:19 (UTC +04:00)
Növbəti tədris ilində Azərbaycanın təhsil sistemində çox ciddi yeniliklər gözlənilir.
Növbəti tədris ilində Azərbaycanın təhsil sistemində yeniliklər gözlənilir

Azərbaycan, Bakı, 27 iyun /Trend, müxbir A.Axundov/

Növbəti tədris ilində Azərbaycanın təhsil sistemində çox ciddi yeniliklər gözlənilir. Trend-in məlumatına görə, bunu çərşənbə günü jurnalistlərə Azərbaycanın təhsil naziri Misir Mərdanov deyib.

"İlk nöbvədə, Azərbaycan uşaqları, şagirdləri, müəllimləri yeni və əsaslı təmir olunmuş bağça və məktəblərə gedəcəklər. Bununla yanaşı, təhsildə bir çox innovativ tədbirlər də nəzərdə tutulub", - nazir deyib.

O bildirib ki, ayrı-ayrı xarici dillərin intensiv tədrisi ilə bağlı yeni proqramlar qüvvəyə minəcək. Orta məktəbin V siniflərində yeni milli kurrikulumların tətbiqinə başlanacaq. Hazırda ölkənin paytaxtı və regionlarında buna hazırlıq işləri aparılır.

Mərdanov deyib ki, ali təhsil sistemində adambaşına düşən maliyyələşdirmə ilə bağlı yeniliklər gözlənilir. Gələn ildən dövlət sifarişli ixtisaslar üzrə təhsil alan bir tələbəyə dövlət tərəfindən çəkilən xərcin məbləği artırılacaq.

"Bu barədə Maliyyə Nazirliyinin təklifləri var. Hazırda bununla bağlı iş aparılır. Yəqin ki, yeni dərs ilinin əvvəlindən bu barədə açıqlama veriləcək. Büdcə imkan versə, gələn ildən tələbələrin təqaüdləri artırıla bilər", - nazir əlavə edib.

Xəbər lenti

Xəbər lenti