...

Azərbaycanda mənimsəmə və dələduzluğa görə cinayətlərin üstü açılıb

Cəmiyyət Materials 2 İyul 2012 17:56 (UTC +04:00)
"Veysəloğlu" Məhdud Məsuliyyətli Cəmiyyətinin əməkdaşlarının hesablarında külli miqdarda çatışmazlıq aşkar edilməsi barədə Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinə daxil olmuş müraciət araşdırılıb.
Azərbaycanda mənimsəmə və dələduzluğa görə cinayətlərin üstü açılıb

Azərbaycan, Bakı, 2 iyul /Trend, müxbir M.Əliyev/

"Veysəloğlu" Məhdud Məsuliyyətli Cəmiyyətinin əməkdaşlarının hesablarında külli miqdarda çatışmazlıq aşkar edilməsi barədə Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinə daxil olmuş müraciət araşdırılıb.

Baş Prokurorluğun mətbuat xidmətindən bazar ertəsi Trend-ə verilən məlumata görə, aparılmış audit yoxlaması ilə cəmiyyətin satış şöbəsinin satış təmsilçiləri Əliyev İlqar Kərəm oğlunun həmin vəzifədə işlədiyi müddət ərzində hesabında 9 min 98 manat, Vəliyev Şamil Vəliyyəddin oğlunun hesabında 9 min 525 manat, Həşimov Fuad Yadigar oğlunun hesabında 5 min 773 manat və Mahmudov Elvin Dadaş oğlunun hesabında 14 min 648 manat - cəmi 39 min 42 manat məbləğində çatışmazlıq aşkar edilib və bununla da müəssisənin qanunla qorunan mənafeyinə külli miqdarda ziyan vurulub.

Fakta görə Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya israf etmə) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.

Baş Prokurorluğun mətbuat xidmətinin digər bir məlumatına görə, Şamaxı rayon sakini Əsgərov Pərvin Pərviz oğlunun Hüseynov Ramiz Məmmədəli oğlu tərəfindən aldadılaraq pulunun mənimsənilməsi barədə Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin "161-Qaynar xətt" əlaqə mərkəzinə daxil olmuş müraciəti araşdırılıb.

Müəyyən edilib ki, Hüseynov özünü iş icraçısı kimi təqdim etməklə Əsgərovun etibarından sui-istifadə edərək Bakı şəhərində elektrik stansiyasına mühafizəçi vəzifəsinə işə düzəldəcəyi adı ilə aldadaraq 20 may 2012-ci il tarixdə ondan 1.800 manat məbləğində pul almaqla dələduzluq edib.

Fakta görə Cinayət Məcəlləsinin 178.2.4-cü (dələduzluq) maddəsi ilə cinayət işi başlanıb.

Xəbər lenti

Xəbər lenti