Azərbaycan, Bakı, 3 iyul /Trend, müxbir İ.İsabalayeva/
İyulun 12-də Azərbaycan Turizm İnstitutunun "Məzun 2012-ci il" adlı buraxılış tədbiri keçiriləcək.
İnstitutdan çərşənbə axşamı Trend-ə verilən məlumata görə, mərasimdə ATİ-nin builki 206 nəfər məzununa fəxri diplomlar veriləcək.
Milli diplom alan məzunlardan 25 nəfərdən çoxuna eyni zamanda Avstriyanın Krems Tətbiqi Elmlər Universitetinin diplomları və 4 nəfərə magistr pilləsini bitirmək haqqında ATİ-nin diplomu təqdim ediləcək.