...

Azərbaycan Gənc Təbiblərin II Almaniya Forumunda təmsil olunacaq

Cəmiyyət Materials 12 İyul 2012 16:49 (UTC +04:00)
Forum AzerMDS və ASAİF-ın təşkilatçılığı və Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Azərbaycan Gənclər Fondu və Alman Akademik Mübadilə Xidmətinin (DAAD) dəstəyi ilə keçirilir.
Azərbaycan Gənc Təbiblərin II Almaniya Forumunda təmsil olunacaq

Azərbaycan, Bakı, 12 iyul /Trend/

Almaniyanın Mannheim şəhərində iyulun 14-15-də Gənc Təbiblərin 2-ci Almaniya Forumu keçiriləcək.

Forum AzerMDS və ASAİF-ın təşkilatçılığı və Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Azərbaycan Gənclər Fondu və Alman Akademik Mübadilə Xidmətinin (DAAD) dəstəyi ilə keçirilir.

Azərbaycan Gənclər Fondundan Trend-ə verilən məlumata görə, Almaniyanın Mannheim və Heidelberg şəhərlərində keçiriləcək forum dünyanın ən qədim universitetlərindən biri olan Heidelberg Universiteti və Azərbaycan Tibb Universitetinin elmi və metodiki dəstəyi ilə ərsəyə gəlib.

Forumun məqsədi səhiyyə idarə etməsi və fərqli tibbi ixtisaslar sahəsində mövcud olan ən müasir biliklərin ölkəmizə nəql edilməsi və bu biliklərin millətimizin sağlamlığı naminə tətbiq edilməsinə töhfə verməkdir.

Forum, həm də dünyanın müxtəlif ölkələrində təhsil alan və işləyən azərbaycanlı gənc həkimlər arasında, eləcə də onlarla ölkəmizin səhiyyə qurumları arasında dinamik və yaradıcı ünsiyyətin formalaşmasına töhvə verməyi qarşısına məqsəd qoyub.

Forumda Gənclər Fondunu fondun Layihələr və regionlarla iş sektorunun müdiri Vaqif Seyidbəyov təmsil edəcək.

Xəbər lenti

Xəbər lenti