...

Azərbaycan və Çinin Təhsil nazirlikləri arasında əməkdaşlığa dair saziş imzalanıb

Cəmiyyət Materials 13 İyul 2012 11:44 (UTC +04:00)
Azərbaycan Təhsil Nazirliyi ilə Çin Təhsil Nazirliyi arasında 2012-2015-ci illərdə təhsil sahəsində əməkdaşlığa dair saziş imzalanıb.
Azərbaycan və Çinin Təhsil nazirlikləri arasında əməkdaşlığa dair saziş imzalanıb

Azərbaycan, Bakı, 13 iyul /Trend, müxbir M.Əliyev/

Azərbaycan Təhsil Nazirliyi ilə Çin Təhsil Nazirliyi arasında 2012-2015-ci illərdə təhsil sahəsində əməkdaşlığa dair saziş imzalanıb. Trend-in məlumatına görə, sazişi təhsil naziri Misir Mərdanov və Çinin ölkəmizdəki səfiri Xun Suin imzalayıblar.

Sazişdə iki ölkə arasında təhsil sahəsində əməkdaşlığın inkişaf etdirilməsi, müəllim və tələbə mübadiləsinin aparılması, ali təhsil müəssisələrinin qarşılıqlı əlaqələrinin genişləndirilməsi məsələləri nəzərdə tutulub.

Qeyd edək ki, hazırda Çin universitetlərində 31 azərbaycanlı gənc dövlət xətti ilə təhsil alır. Bu vaxtadək Çində təhsil alanların 17-si məzun olub. Çində 16 nəfər Azərbaycan tərəfinin təqaüdü hesabına təhsil alır. Hazırda isə ümumilikdə Azərbaycanda 207 nəfər Çin vətəndaşı təhsil alır.

Xəbər lenti

Xəbər lenti