Azərbaycan, Bakı, 14 iyul /Trend, müxbir T.Cəfərov/
Araz çayının suyunun Ermənistan ərazisində çirklənməsi və onun həlli yolları İran və Ermənistan arasında müzakirə ediləcək.
Trend şənbə günü İranın FARS agentliyinə istinadən xəbər verir ki, iyulun 16-da İranın Ətraf Mühit və Ekologiya Təşkilatının rəhbəri Məhəmmədcavad Məhəmmədizadə Ermənistana rəsmi səfər edəcək.
Məhəmmədizadəni Ermənistana səfərdə İranın energetika nazirliyinin su resursları şöbəsinin nümayəndələri də müşayiət edəcək.
Üç günlük səfər zamanı tərəflər Araz çayının suyunun Ermənistan ərazisində çirklənməsi məsələsi ilə yanaşı, iki ölkə arasında ətraf mühit və ekologiya sahəsində əməkdaşlıqların artırılması, müştərək zooparkının təsis olunmasına dair müzakirələr aparacaqlar