...

Bu ilin I yarısında vətəndaşların korrupsiya ilə əlaqədar 1300-dən çox müraciəti araşdırılıb

Cəmiyyət Materials 18 İyul 2012 11:16 (UTC +04:00)
Bu ilin I yarısında Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi korrupsiya ilə əlaqədar vətəndaşların 1328 müraciətinə baxıb.
Bu ilin I yarısında vətəndaşların korrupsiya ilə əlaqədar 1300-dən çox müraciəti araşdırılıb

Azərbaycan, Bakı, 18 iyul /Trend, müxbir K.Zərbalıyeva/

Bu ilin I yarısında Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi korrupsiya ilə əlaqədar vətəndaşların 1328 müraciətinə baxıb.

Trend-in məlumatına görə, idarənin rəisi Kamran Əliyev bu gün cari ilin birinci yarısının yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında deyib ki, daxil olmuş 27 müraciət və 83 digər məlumatlara (ümumilikdə 110) cinayət xarakterli material kimi baxılıb. Onlardan 61-i və ya 55,45 %-i üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işləri başlanıb.

Əliyevin sözlərinə görə, idarənin "161 Qaynar xətt"inə hesabat dövrü ərzində 2624 müraciət daxil olub. Əlaqəli dövlət qurumları ilə birgə görülmüş tədbirlər nəticəsində 1000-dən artıq müraciət müəllifinin ərizə, şikayət və müraciətinin müsbət həll olunması təmin edilib, zəruri qabaqlayıcı tədbirlər həyata keçirilib və 20 müraciət üzrə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işləri başlanıb. Korrupsiya ilə əlaqədar olmayan 1800-dən artıq müraciət müəllifinə mülki, ailə, mənzil, inzibati və digər hüquq sahələrində pozulmuş hüquqlarının bərpası yollarına dair ətraflı izahlar verilib.

İdarə rəisi bildirib ki, hesabat dövrü ərzində törədilmiş və ya hazırlanan cinayətlər barədə əməliyyat-axtarış fəaliyyəti ilə əlaqədar idarəyə ümumilikdə 236 müraciət daxil olub. Onların 36-sı vətəndaşların yazılı ərizələri olub. Görülmüş tədbirlər nəticəsində 26 vəzifəli şəxs cinayət başında yaxalanmaqla barələrində cinayət işləri başlanıb.

Xəbər lenti

Xəbər lenti