Azərbaycan, Bakı, 18 iyul /Trend, müxbir İ.İsabalayeva/
Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) 22 iyul- Milli Mətbuat Günü münasibətilə jurnalistlər üçün keçirdiyi müsabiqənin nəticələrini açıqlayıb.
Trend-in məlumatına görə, bununla bağlı keçirilən tədbirdə çıxış edən ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov deyib ki, bu il jurnalistlər müsabiqədə daha fəal iştirak ediblər.
Belə müsabiqələrin keçirilməsini olduqca əhəmiyyətli sayan Bağırov deyib ki, jurnalistlərin təqdim etdiyi yazılar ətraf mühit problemlərinin üzə çıxarılmasına da kömək edir.
Tədbirdə müsabiqənin qalibi olan jurnalistlər mükafatlandırılıblar.