...

Baş Prokurorluq İlham Əmiraslanova işgəncə verilməsi ilə bağlı məlumatları təkzib edir

Cəmiyyət Materials 31 İyul 2012 17:27 (UTC +04:00)
Baş Prokurorluğun mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, son günlər bəzi kütləvi informasiya vasitələrində Sabirabad rayonunun Əsgərbəyli kənd sakini Əmiraslanov İlham Səraslan oğlunun həbs edildikdən sonra polis əməkdaşları tərəfindən döyülməsi nəticəsində qulaq pərdəsinin deşilməsi və həmin xüsusatın Penitensiar Xidmətin Müalicə müəssisəsinin həkimi tərəfindən təsdiq edilməsi barədə həqiqətəuyğun olmayan məlumatlar yayılıb.
Baş Prokurorluq İlham Əmiraslanova işgəncə verilməsi ilə bağlı məlumatları təkzib edir

Azərbaycan, Bakı, 31 iyul /Trend, müxbir K.Zərbalıyeva/

Baş Prokurorluq İlham Əmiraslanova işgəncə verilməsi ilə bağlı yayılan məlumatları təsdiqləmir.

Baş Prokurorluğun mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, son günlər bəzi kütləvi informasiya vasitələrində Sabirabad rayonunun Əsgərbəyli kənd sakini Əmiraslanov İlham Səraslan oğlunun həbs edildikdən sonra polis əməkdaşları tərəfindən döyülməsi nəticəsində qulaq pərdəsinin deşilməsi və həmin xüsusatın Penitensiar Xidmətin Müalicə müəssisəsinin həkimi tərəfindən təsdiq edilməsi barədə həqiqətəuyğun olmayan məlumatlar yayılıb.

Məlumatda həmin informasiya təkzib olunur. Bununla əlaqədar Baş Prokurorluq bildirir ki, Əmiraslanov qanunsuz olaraq odlu silah saxladığına və gəzdirdiyinə görə 2012-ci il iyunun 7-də Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində saxlanılıb və həmin tarixdə qeyd edilən idarənin İstintaq şöbəsində barəsində Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə cinayət işi başlanıb.

İyunun 9-da Əmiraslanov iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə ittiham elan edilib və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

İstintaq zamanı Əmiraslanovun bütün hüquqları, o cümlədən müdafiə hüququ təmin edilib. O, istintaqa verdiyi ifadələrində, eləcə də məhkəmədə barəsində həbs qətimkan tədbiri seçilərkən törətdiyi cinayəti səmimi etiraf edib və peşmançılıq çəkdiyini bildirib.

Lakin Əmiraslanov Baş Prokurorluğa şikayət ərizəsi ilə müraciət edərək tutularkən işgəncəyə məruz qaldığını və ona qarşı polis əməkdaşları tərəfindən digər qanunsuz hərəkətlərə də yol verildiyini bildirib.

Əmiraslanovun ərizəsi əsasında Baş Prokurorluqda müvafiq araşdırma aparılıb, eyni zamanda, məhkəmə-tibbi ekspertizası təyin edilib.

Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi tərəfindən verilmiş rəydə Əmiraslanovun bədən səthində iyunun 8-də və şəraitə uyğun hər hansı bir xəsarət və onun izi aşkar edilməyib.

Araşdırma zamanı Əmiraslanovun əsassız olaraq cinayət məsuliyyətinə cəlb edilərək həbs edilməsi, tutularkən polis əməkdaşları tərəfindən işgəncələrə məruz qalması və ona qarşı digər qanunsuz hərəkətlərə yol verilməsi barədə müraciətində göstərdiyi xüsusatlar öz təsdiqini tapmadığından toplanmış material üzrə iyulun 21-də cinayət işinin başlanması rədd edilib.

Əmiraslanov, onun müdafiəçisi və digər şəxslərin çoxsaylı müraciətləri nəzərə alınaraq onun barəsində olan cinayət işi üzrə iyulun 26-da komisyon məhkəmə-tibbi ekspertizası təyin edilib.

Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi tərəfindən verilmiş 27 iyul tarixli rəylə müəyyən edilib ki, Əmiraslanovun başında, hər iki qulağın təbil pərdəsində və qulaqətrafı nahiyələrdə, eləcə də bədənin digər sahələrində 8 iyun 2012-ci il tarixə və şəraitə uyğun hər hansı bir xəsarət və ya xəsarət izi aşkar edilməyib.

Komisyon məhkəmə-tibbi ekspertizası ilə həmçinin müəyyən edilib ki, Penitensiar Xidmətinin Müalicə müəssisəsinin həkimi tərəfindən iyulun 11-də Əmiraslanovda aşkar edilmiş "sol qulaq pərdəsinin nöqtəvari quru perforasiyası (deşilməsi)" xroniki gedişli qeyri-travmatik mənşəli otitdən sonrakı prosesin nəticəsi olmaqla uşaq yaşlarında və 8 iyun 2012-ci il tarixdən əvvəlki dövrlərdə əmələ gəlib və qeyri-travmatik mənşəli olduğundan sağlamlığa zərər vurmanın dərəcəsinin təyinində nəzərə alınmır.

Hazırda qeyd edilən cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.

Xəbər lenti

Xəbər lenti