...

Azərbaycanda daxil olan trafikin orta sürəti 3,20 Mbit/saniyə təşkil edir

Cəmiyyət Materials 7 Avqust 2012 13:28 (UTC +04:00)
"Ookla" şirkətinin "NetIndex" reytinqinə əsasən, Azərbaycanda daxil olan trafikin orta sürəti 3,20 Mbit/saniyə təşkil edir.
Azərbaycanda daxil olan trafikin orta sürəti 3,20 Mbit/saniyə təşkil edir

Azərbaycan, Bakı, 7 avqust /Trend, müxbir H.Vəliyev/

"Ookla" şirkətinin "NetIndex" reytinqinə əsasən, Azərbaycanda daxil olan trafikin orta sürəti 3,20 Mbit/saniyə təşkil edir. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı şirkətin yaydığı məlumatda deyilir.

Bakı üzrə bu göstərici 3,18 Mbit/s, Sumqayıt üzrə isə 2,53 Mbit/s təşkil edir.

Nəticələr şirkətin iyulun 7-dən avqustun 5-dək apardığı eksperimental araşdırmaların əsasında əldə edilib. Testlərin aparılması üçün 276 404 unikal IP ünvanı seçilib.
Azərbaycan daxil olan trafik reytinqi üzrə 118-ci yeri tutub.

Reytinqdə Azərbaycanın 20 internet servis provayderi və rabitə operatorlarının statistik göstəricilərinin nəticələri yer alıb. Araşdırmaların aparıldığı dövrdə sadalanan rabitə qurumlarının şəbəkələrində daxil olan trafikin maksimum sürəti 21,32 Mbit/s ("Eurosel"), minimum isə 1,99 Mbit/s ("Bakcell") təşkil edib.
Xaric olan trafik üzrə reytinqdə Azərbaycan 108-ci yeri tutub. Burada istifadəçilər şəbəkəyə 1,37 Mbit/s sürətlə çıxırlar. Bakı üzrə bu göstərici 1,27 Mbit/s, Sumqayıt üzrə isə 0,72 Mbit/s təşkil edir.

Xaric olan trafik üzrə reytinqdə Azərbaycanın 20 internet-servis-provayderi və rabitə operatorlarının statistik göstəricilərinin nəticələri də yer alıb. Araşdırmaların aparıldığı dövrdə sadalanan rabitə qurumlarının şəbəkələrində xaric olan trafikin maksimum sürəti 18,92 Mbit/s ("Eurosel" şəbəkəsi), minimum isə 0,49 Mbit/s (Azerbaijan Data Network şəbəkəsi) olub.

Xəbər lenti

Xəbər lenti