...

Azərbaycanda təhsil alacaq qırğız tələbələrlə görüş keçirilib

Cəmiyyət Materials 11 Avqust 2012 14:39 (UTC +04:00)
Azərbaycanın Qırğızıstandakı səfirliyində Azərbaycan Diplomatik Akademiyasına qəbul olunmuş qırğız tələbələrilə görüş keçirilib.
Azərbaycanda təhsil alacaq qırğız tələbələrlə görüş keçirilib

Azərbaycan, Bakı, 11 avqust /Trend, müxbir E.Mehdiyev/

Azərbaycanın Qırğızıstandakı səfirliyində Azərbaycan Diplomatik Akademiyasına qəbul olunmuş qırğız tələbələrilə görüş keçirilib.

Səfirliyin mətbuat katibi İlkin Abbasəliyevin şənbə günü Trend-ə verdiyi məlumata görə, səfirliyin muşaviri İlqar Cabbarov qəbul olmuş abituriyentləri salamlayaraq onları Azərbaycan Diplomatik Akademiyasına qəbul olmaları münasibətilə təbrik edib və onlara təhsillərində uğurlar arzulayıb.

Sonra Cabbarov Azərbaycan Diplomatik Akademiyası haqqında, bu il tədris muəssəsində kecirilən tələbə qəbul barədə ətraflı məlumat verib.

Daha sonra müşavir Qırğız Respublikasının "OTRK" və "NTS" televiziya kanallarına bu qəbul barədə danışıb və qeyd edib ki, belə bir qəbul ödənişsiz əsaslarda Qırğızstanda ilk dəfə olaraq keçirilir. Müsabiqənin nəticəsində üc tələbə - Ümid Kıdırqıceva, Əziz Kubanıcbek, Akimbek Abduqafar Azərbaycan Diplomatik Akademiyasına qəbul olunub.

Öz növbəsində qəbul olmuş abituriyentlər müsahibələrində özləri və valideyinlərinin adından Azərbaycan dövlətinə yaradılmış şəraitə görə dərin minnatdarlıqlarını bildiriblər.

Görüşün sonunda səfirlik tərəfindən Azərbaycanla bağlı kitab, jurnallar və kiçik hədiyylər abuturiyentlərə hədiyyə olaraq təqdim edilib.

Xəbər lenti

Xəbər lenti