...

Kürdə suyun səviyyəsində azalma müşahidə olunub

Cəmiyyət Materials 31 Avqust 2012 19:45 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, Lənkəran-Astara bölgəsinə yağan yağışlar nəticəsində Lənkəran-Astara bölgəsi ərazisindən axan Lənkərançay-Lənkəranda suyun səviyyəsində 9 sm, Lənkərançay-Sifidorda 4 sm, Vəşərüçay-Daştatükdə 26 sm artım qeydə alınıb.
Kürdə suyun səviyyəsində azalma müşahidə olunub

Azərbaycan, Bakı, 31 avqust /Trend/

Kür çayında suyun səviyyəsində azalma müşahidə olunub

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, Lənkəran-Astara bölgəsinə yağan yağışlar nəticəsində Lənkəran-Astara bölgəsi ərazisindən axan Lənkərançay-Lənkəranda suyun səviyyəsində 9 sm, Lənkərançay-Sifidorda 4 sm, Vəşərüçay-Daştatükdə 26 sm artım qeydə alınıb.

Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 60-130, Kiçik Qafqazın çaylarında 50-130, Lənkəran-Astara bölgəsi çaylarında 160-260, Naxçıvan MR çaylarında isə 125-130 faizini təşkil edir.

Avqustun 31-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 14 sm azalma qeydə alınıb. Hazırda məntəqədə su sərfi 62 m3/s, ongünlük normanın 51 faizini təşkil edir. 2011-ci ildə isə bu rəqəm bir qədər çox olmaqla 130 m3/s və ongünlük normanın 107 faizini təşkil edib.

Avqustun 27-dən başlayaraq Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 14 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 60 m3/s olmaqla, ongünlük normanın 87 faizini təşkil edir. 2011-ci ildə bu göstərici bu il ilə müqayisədə dörd dəfə çox olmaqla 249 m3/s təşkil edib və ongünlük normanın 363 faizinə bərabər olub.

Avqustun 31-də Kür çayının aşağı axınında suyun səviyyəsində azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 4 sm, Şirvanda 7 sm azalma, Salyanda 8 sm, Bankədə 20 sm artım qeydə alınıb. Araz çayının Novruzlu məntəqəsində suyun səviyyəsində dəyişiklik baş verməyib.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 329 sm (2011-ci il avqustun 31-də 528 sm), Şirvanda 195 sm (2011-ci il avqustun 31-də 445 sm), Salyanda 148 sm (2011-ci il avqustun 31-də 439 sm), Bankədə 241 sm (2011-ci il avqustun 31-də 295 sm), Araz çayının Novruzlu məntəqəsində isə 117 sm (2011-ci il avqustun 31-də 225 sm) təşkil edir.

Xəbər lenti

Xəbər lenti