...

Azərbaycanda kolleclərə qəbul imtahanı keçirilir

Cəmiyyət Materials 2 Sentyabr 2012 08:00 (UTC +04:00)
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası bu gün cari tədris ili üçün ümumi orta təhsil bazasında (9 illik) orta ixtisastəhsili müəssisələrinə qəbul imtahanı keçirir
Azərbaycanda kolleclərə qəbul imtahanı keçirilir

Azərbaycan, Bakı, 2 sentyabr /Trend, müxbir İ.İsabalayeva/

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası bu gün cari tədris ili üçün ümumi orta təhsil bazasında (9 illik) orta ixtisastəhsili müəssisələrinə qəbul imtahanı keçirir.

Komissiyadan Trend-ə verilən məlumata görə, qəbul imtahanında iştirak etmək üçün 35 677 abituriyent ərizə təqdim edib.

Qəbul imtahanı Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Ağcabədi, Göyçay, Şirvan, Salyan, Lənkəran və Xaçmaz şəhərlərində keçiriləcək. İmtahan bütün binalarda eyni vaxtda - saat 11:00-da başlayır.

Bakı şəhərində 11978, Naxçıvanda 1390, Gəncədə 4841, Sumqayıtda 2270, Mingəçevirdə 1653, Şəkidə 2210, Ağcabədidə 1251, Göyçayda 2103, Şirvan 2256, Salyanda 1346, Lənkəranda 2365, Xaçmazda isə 2014abituriyentin imtahan verəcəyi gözlənilir.

İmtahanın keçirilməsi üçün həmin şəhər və rayonlarda 66 imtahan binası, 250 imtahan rəhbəri, 2802 nəzarətçi-müəllim ayrılıb.

Abituriyentlər 1 saat 30 dəqiqə ərzində hər fəndən 15 sual olmaqla Ana dili, Azərbaycan tarixi və riyaziyyatdan imtahan verəcəklər. Rus bölməsinin abituriyentləri ana dili fənn bloku daxilində rus dili fənni ilə yanaşı Azərbaycan dil fənnindən də imtahan verəcəklər. Həmin abituriyentlərə Azərbaycan dilindən 5, rus dilindən isə 10 sual təqdim olunacaq.

Qeyd edək ki, cari tədris ili üçün 9 illik (ümumi) orta təhsil bazasında 662 ixtisas kodu üzrə 47 orta ixtisas təhsili müəssisəsinə qəbul aparılır. Ayrılmış 10404 plan yerindən 8821-i Azərbaycan bölməsinə, 32 yer rus bölməsinə, 1551 yer birgə müsabiqə aparılan ixtisaslara aiddir

Xəbər lenti

Xəbər lenti