Azərbaycan, Bakı, 1 sentyabr /Trend, müxbir E.İsmayılov/
Bakının Neftçilər prospektində əsaslı təmir işləri ilə bağlı tamamlanma işi gedir.
Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat katibi Pünhan Mürsəliyev şənbə günü Trend-ə bildirib ki, yaxın bir neçə gündə yol açılacaq.
Onun sözlərinə görə, Neftçilər prospektinin Azadlıq prospekti ilə kəsişməsindən "Dalğa Plaza"ya qədər hissəsində artıq asfalt-beton örtüyü çəkilib.