...

Azərbaycanda orta ixtisas təhsili müəssisələrinə keçirilən qəbul imtahanının nəticələri açıqlanıb

Cəmiyyət Materials 4 Sentyabr 2012 12:46 (UTC +04:00)
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ümumi orta təhsil bazasında (9 illik) orta ixtisas təhsili müəssisələrinə keçirdiyi qəbul imtahanının nəticələrini açıqlayıb.
Azərbaycanda orta ixtisas təhsili müəssisələrinə keçirilən qəbul imtahanının nəticələri açıqlanıb

Azərbaycan, Bakı, 4 sentyabr /Trend, müxbir İ.İsabalayeva/

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ümumi orta təhsil bazasında (9 illik) orta ixtisas təhsili müəssisələrinə keçirdiyi qəbul imtahanının nəticələrini açıqlayıb.

Komissiyadan çərşənbə axşamı Trend-ə verilən məlumata görə, imtahan nəticələri artıq qurumun saytına yerləşdirilib.

İmtahan Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Ağcabədi, Göyçay, Şirvan, Salyan, Lənkəran və Xaçmaz şəhərlərində keçirilib.

Xəbər lenti

Xəbər lenti