...

Azərbaycanda səhiyyə kommunikasiyasının inkişafı üçün yeni sənəd imzalanıb

Cəmiyyət Materials 4 Sentyabr 2012 13:11 (UTC +04:00)
Azərbaycan Səhiyyə Kommunikasiyası Assosiasiyası və Cons Hopkins (Johns Hopkins) Universiteti Blumberq İctimai Səhiyyə Məktəbinin Kommunikasiya Proqramları Mərkəzi arasında əməkdaşlıq haqqında ikitərəfli memorandum imzalanıb.
Azərbaycanda səhiyyə kommunikasiyasının inkişafı üçün yeni sənəd imzalanıb

Azərbaycan, Bakı, 4 sentyabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Səhiyyə Kommunikasiyası Assosiasiyası və Cons Hopkins (Johns Hopkins) Universiteti Blumberq İctimai Səhiyyə Məktəbinin Kommunikasiya Proqramları Mərkəzi arasında əməkdaşlıq haqqında ikitərəfli memorandum imzalanıb.

Assosiasiyadan çərşənbə axşamı Trend-ə verilən məlumata görə, memorandum iki təşkilat arasında mövcud əməkdaşlığın möhkəmləndirilməsinə imkan verəcək. Sənəd əsasında Azərbaycanda səhiyyə kommunikasiyası inkişafı, əhalinin sağlamlığının qorunması sahəsində yeni uğurlu layihələr həyata keçiriləcək. Bununla yanaşı, müxtəlif tədbirlər təşkil olunacaq.

Assosiasiyanın İdarə Heyətinin sədri Nurlan Əliyevin sözlərinə görə, Cons Hopkins Universitetinin Kommunikasiya Proqramları Mərkəzi ilə 2008-ci ildə sıx əməkdaşlığa başlanılıb.

Xəbər lenti

Xəbər lenti