...

TQDK kollecə qəbul olanların qeydiyyat müddətini uzadıb

Cəmiyyət Materials 5 Sentyabr 2012 14:53 (UTC +04:00)
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olanların daxil olduqları təhsil müəssisəsində qeydiyyat müddətini uzadıb.
TQDK kollecə qəbul olanların qeydiyyat müddətini uzadıb

Azərbaycan, Bakı, 5 sentyabr /Trend, müxbir İ.İsabalayeva/

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olanların daxil olduqları təhsil müəssisəsində qeydiyyat müddətini uzadıb.

Komissiyadan çərşənbə günü Trend-ə verilən məlumata görə, tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olanların qeydiyyat müddəti sentyabrın 7-si saat 17:00-dək uzadılıb.

Göstərilən müddətədək qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilməsindən imtina etməsi kimi qiymətləndiriləcək.

Qeyd edək ki, tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olanların qeydiyyat müddəti bu gün başa çatmalı idi.

Xəbər lenti

Xəbər lenti