...

Azərbaycandan Həccə gedəcək zəvvarlara viza alınması üçün sənədlər müvafiq qurumlara təqdim edilib

Cəmiyyət Materials 12 Sentyabr 2012 11:18 (UTC +04:00)
Qafqaz Müsəlmanları İdarəsi Həcc ziyarətinə gedəcək şəxslərə viza alınması üçün onların sənədlərini müvafiq qurumlara təqdim edib.
Azərbaycandan Həccə gedəcək zəvvarlara viza alınması üçün sənədlər müvafiq qurumlara təqdim edilib

Azərbaycan, Bakı, 12 sentyabr /Trend, müxbir İ.İsabalayeva/

Qafqaz Müsəlmanları İdarəsi Həcc ziyarətinə gedəcək şəxslərə viza alınması üçün onların sənədlərini müvafiq qurumlara təqdim edib.

İdarənin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Müqəddəs Payızov çərşənbə günü Trend-ə bildirib ki, zəvvarlar oktyabrın 14-dən başlayaraq 7 gün ərzində hər gün iki təyyarə ilə yola salınacaqlar. Ziyarətə gedənlər 18 gündən sonra geri qayıtmağa başlayacaqlar. Bu il Həcc ziyarətinə təxminən 2400-2500 zəvvar gedəcək.

Payızov artıq Həcc ziyarəti üçün Səudiyyə Ərəbistanı hökuməti tərəfindən Azərbaycan üçün ayrılmış kvotanın dolduğunu bildirib.

O qeyd edib ki, ziyarətə hazırlıqla bağlı heç bir problem yoxdur.

İdarə rəsmisi ziyarətə getmək istəyənlər üçün müəyyən edilmiş qiymətlərin 3090 və 3850 manat olduğunu da xatırladıb.

Xəbər lenti

Xəbər lenti