...

Bakıda bir sıra yollar bağlanıb

Cəmiyyət Materials 14 Sentyabr 2012 18:32 (UTC +04:00)
Sentyabr ayının 14-də Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) Bakı şəhərində bağlı olan və nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılan küçə və prospektlərin siyahısını təqdim edib.
Bakıda bir sıra yollar bağlanıb

Azərbaycan, Bakı, 14 sentyabr /Trend/

Sentyabr ayının 14-də Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) Bakı şəhərində bağlı olan və nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılan küçə və prospektlərin siyahısını təqdim edib.

NİİM-dən Trend-ə verilən məlumata görə, belə ki, Mərkəz Neftçilər prospektində (Puşkin küç. kəsişməsindən Yusif Səfərov küç. ilə kəsişməsinə qədər, Dəniz limanının qarşısı) təmir işlərinin aparılması ilə əlaqədar olaraq yolun tamamilə bağlanması haqqında əhaliyə xəbərdarlıq edir.

Eyni zamanda, Abbas Mirzə Şərifzadə küçəsinin Yaşar Abdullayev küçəsi ilə kəsişməsindən "Kaktus" restoranı istiqamətində hərəkət hissəsi bağlı olduğu üçün həmin yolun əks hərəkət hissəsi 2 istiqamətli olub və Ü.Hacıbəyov küçəsində hərəkət hissəsi müvəqqəti 2 istiqamətli olduğundan K.Səfərəliyeva və Rixard Zorge küçələri bağlanıb.

Bundan başqa, Mərkəz yeni tunellərin tikintisi ilə əlaqədar olaraq bağlı və açıq yolların siyahısını sürücülərin nəzərinə çatdırır.

Alı Mustafayev küçəsində körpü keçidindən sonra yeni tunel tikilir, lakin kənar yollar hər iki tərəfdən açıqdır. Ziya Bünyadov pr. Əhməd Rəcəbli küçəsi ilə kəsişməsində yeni körpünün tikintisi ilə əlaqədar olaraq kənar yollar mütəmadi olaraq bağlanıb-açılır. Ziya Bünyadov pr. Ələsgər Qayıbov küç.kəsişməsinə qədər yeni tunel tikilir. Lakin kənar yollar açıqdır.

Əziz Əliyev küçəsində və Bülbül prospektinin Zərifə Əliyeva ilə kəsişməsi istiqamətində isə təmir bərpa işləri başa çatıb və yol artıq istifadəyə verilib.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi paytaxt yollarında aparılan təmir işləri ilə əlaqədar olaraq sürücülərə alternativ yollardan istifadə etməyi tövsiyə edir.

Xəbər lenti

Xəbər lenti